Azərbaycanda Yaşayış İcazəsinin Alınması
Adel Consulting Azərbaycanda işləmək, müvəqqəti və daimi yaşamaq üçün gələn xarici vətəndaşlara xidmət göstərir. Biz qanunvericilikdəki dəyişikliklərdən xəbərdarıq və lazımi sənədləri sürətli şəkildə hazırlayırıq.
Bizim Təklif Etdiyimiz Xidmətlər
- Müvəqqəti yaşamaq üçün icazə;
- Daimi yaşamaq üçün icazə və vətəndaşlıq;
- Xarici vətəndaşlar üçün iş icazəsinin alınması;
- Dəvət məktublarının hazırlanması;
- Vizaların alınması və uzadılması;
- Azərbaycana köçmə ilə bağlı məsləhətlər.
Yaşayış İcazəsi Almaq üçün Tələblər
Xarici vətəndaşlar aşağıdakı hallarda müvəqqəti yaşayış icazəsi əldə edə bilərlər:
- Biznes fəaliyyəti ilə məşğul olduqda;
- Azərbaycan şirkətində rəhbər vəzifə tutduqda;
- Yerli vətəndaşla qohumluq əlaqələri olduqda;
- 100,000 manat dəyərində daşınmaz əmlakı olduqda;
- Yüksək ixtisaslı mütəxəssis olduqda;
- 500,000 manat investisiya qoyduqda.
Yaşayış İcazəsi Prosesi
Müvəqqəti Yaşayış İcazəsi
Bu icazə xarici vətəndaşa 3 aydan 3 il 6 aya qədər müddət üçün verilir və uzadılma sayı məhdud deyil. Daimi yaşayış icazəsi isə müvəqqəti icazə ilə ən azı bir il yaşamış şəxslərə verilir.
Biznes Quraraq Yaşayış İcazəsi Almaq
Biznes qurmaqla yaşamaq icazəsi almaq üçün tələb olunan sənədlər:
- Ərizə-anket;
- Xarici pasportun əsli və sürəti;
- Şirkət sənədləri (VÖEN, nizamnamə);
- Direktorun təyin olunma əmri;
- Tibbi arayışlar (QİÇS, Hepatit B və C);
- Yaşadığı evin sənədləri və ev sahibinin razılıq ərizəsi.
İş İcazəsi
Xarici vətəndaşların Azərbaycanda qanuni işləməsi üçün iş icazəsi tələb olunur. Adel Consulting bu prosesdə sənədlərin hazırlanması və icazənin alınmasında sizə kömək edə bilər.
Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın!