Adel Consulting tərəfindən Azərbaycanda göstərilən mühasibat xidmətləri

Adel Consulting birdəfəlik konsultasiyalardan biznesin tam mühasibatlıq müşayiətinə qədər geniş spektrdə mühasibat xidmətləri təqdim edir.

Mühasibat hesabatlarının aparılmasını həvalə etməyə üstünlük verən şirkətlərin sayı artmaqdadır. Bəzi müəssisələrdə kompleks şəkildə mühasibat xidmətlərinə ehtiyac duyulursa, digər təşkilatlarda daha dar sahə üzrə mütəxəssisin epizodik iştirakı, artan iş həcmi ilə əlaqədar müvəqqəti kömək və ya layihə üzrə əlavə dəstək tələb olunur. Adel Consulting istər hüquqi şəxslərə, istərsə də fərdi sahibkarlara mühasibat uçotu xidmətlərini təklif edir.

Mühasibatlığın distant qaydada aparılması xüsusən kiçik və orta biznes üçün aktualdır. Bəzən müəssisələrdə ayrıca mütəxəssis üçün ştat açmaq sərfəli olmur. Halbuki, biznes aləminin reallıqları mühasibin daimi iştirakını tələb edir. Bu problemdən optimal çıxış yolu seçim əsasında konkret xidmətlərin daxil edildiyi aylıq əsasla göstərilən mühasibat xidmətləridir. Bu, bütün cari məsələləri effektiv və sərfəli şəkildə həll etməyə, zərurət yarandıqda isə vergi və ya mühasibat sahəsində daha qlobal məsələlərin həllini tapmağa imkan verir.


Üstünlüklərimiz

  • Müştərilərin gündəlik dəstəklənməsi və konsultasiyaların aparılması;
  • Mühasibat xidmətlərinin göstərilməsi haqqında rəsmi müqavilə bağlayırıq və göstərdiyimiz fəaliyyətə görə məsuliyyət daşıyırıq;
  • Ştatlı mühasib üçün çəkilən xərclərdən 40-60% aşağı qiymət;
  • İxtisaslaşmış mütəxəssislər;
  • Müştəri məlumatlarının məxfiliyinin qorunması;
  • Vergiləri optimallaşdırırıq;
  • Mühasibatlıqla bağlı xərclərinizi minimallaşdırırıq.

Təşkilatlara və fiziki şəxslərə mühasibat xidmətlərinin göstərilməsi

Adel Consulting Bakı şəhərində fəaliyyət göstərən müəssisələrə, MMC və fərdi şəxslərə mühasibat xidmətlərini təklif edir. Biznesin yaradılmasının və inkişafının bütün mərhələlərində ixtisaslaşmış şəkildə iştirak etməyə hazırıq. Bu xidmətlərə firmaların qeydiyyata alınması, sənəd dövriyyəsinin təşkili və bütün növ hesabatların təqdim olunması daxildir.

Xidmətlərimiz həm birdəfəlik, həm də sistematik qaydada həyata keçirilə bilər. Xidmətin dəyəri işlərin həcmindən və seçilmiş istiqamətdən asılı olaraq dəyişir.


Göstərdiyimiz mühasibat və kadr uçotu xidmətləri

Mühasibatlıq üzrə:

  • ƏDV bəyannaməsinin tərtib və təqdim edilməsi;
  • ƏDV üzrə əvəzləşmələrin verilməsi;
  • Dövlət büdcəsi ilə hesablaşmalar;
  • 1C proqram təminatında əməliyyatların, gəlir və xərclərin qeydiyyatının aparılması;
  • Ödəmə mənbəyi üzrə bəyannamə;
  • Mənfəət və əmlak vergisi bəyannamələri;
  • Gündəlik əməliyyatların (invoysların, elektron qaimələrin, ödəniş tapşırıqlarının) hazırlanması;
  • Vergi hesabatlarının göndərilməsi;
  • Dövlət sosial müdafiə fondu və statistika orqanlarına hesabatların təqdim edilməsi;
  • Mühasibat və maliyyə sahəsində məsləhətlərin verilməsi;
  • Daxili audit.

Kadr uçotu üzrə:

  • İşçilərin işə qəbulu və işdən azad edilməsi ilə bağlı sənədləşmələr;
  • Əmək müqavilələrinin bağlanması, dəyişiklik edilməsi, xitam verilməsi və elektron informasiya sisteminə daxil edilməsi;
  • Əmək kitabçalarının açılması və qeydiyyatının aparılması;
  • Ştat cədvəllərinin hazırlanması;
  • Maddi məsuliyyət haqqında müqavilələrin hazırlanması.

Niyə mühasibat şirkəti ilə işləmək mühasibi işə götürməkdən daha sərfəlidir?

  • Autsorsinq xərcləri azaldır: Mühasibat proqramları və avadanlıqlar üzrə artıq xərc tələb olunmur.
  • İşçilərin davamlılığı: Xəstəlik, məzuniyyət və digər səbəblərə baxmayaraq xidmətlərimiz dayanmır.
  • Peşəkarlıq: İxtisaslı mütəxəssislərlə iş aparılır.
  • Xərclərin optimallaşdırılması: Mühasibat və hüquq proqramlarına çəkilən xərclər azaldılır.
  • Vaxta qənaət: Bütün proseslər sistemli və səmərəli şəkildə aparılır.

Adel Consulting ilə mühasibat işlərində etibarlı və sərfəli həllər tapın.